Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Romi” motelində dəhşətli cinayət hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, AZNEWS.AZ-ın məlumatına görə, hələlik adı açıqlanmayan bir kişi “Romi” motelinə gələrək, burada arvadını başqa bir kişi ilə birgə görüb və onun başını kəsib.
Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumatı təsdiqləyiblər.
Bildiriblər ki, hadisə yarım saat öncə baş verib, hazırda meyit müayinə olunmaq üçün aidiyyəti qurumlar tərəfindən moteldən çıxarılır.
Məlum olub ki, hadisəni törədən şəxs arvadının moteldə olmasından xəbərdar olub və hadisə yerinə hazırlıqlı gəlib.
O, hətta arvadının hansı avtomobillə gəldiyini də müəyyənləşdirib və əvvəlcə həmin VAZ 2107 markalı avtomobilin şinlərini deşərək, onların qaça biləcəyi ehtimalını aradan qaldırıb. Bundan sonra otağa daxil olaraq, arvadının başını kəsib. Məlumatda həmçinin o da bildirilir ki, cinayətkar polisə təslim olub.
Qeyd edək ki, saytın yazdığı məlumata görə, “Romi” moteli əxlaqsızlıq yuvası kimi tanınır.
E.Ə.
www.oxu.az