Qobuda əri tərəfindən bıçaqlanan qadının müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.
Bildirilib, 2004-cü il təvəllüdlü Aynur Nərimanova travmatik pnevmatoraks diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Torakal Cərrahiyyə şöbəsində müayinə və müalicələri davam etdirilir, hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, 19 yaşlı Aynur Nərimanova ötən gün axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi, Əliağa Vahid küçəsində bıçaqlanıb. Hadisə ilə bağlı onun həyat yoldaşı Alim Nərimanov saxlanılıb.
19:16
Abşeron rayonunun Qobu qəsəbəsində 19 yaşlı Aynur Zahid qızı Nərimanova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Alim Nərimanov polis tərəfindən saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.
Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcəkdir.
Abşeronda bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI - YENİLƏNİB + FOTO/VİDEO
08:52
Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb.
APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib.
Belə ki, 19 yaşlı Aynur Zahid qızı Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.
Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Onun anası Ruhiyyə APA-ya bildirib ki, qızı Aynur ikiaylıq hamilə imiş, o sosial şəbəkə vasitəsilə kuryerliklə məşğul olan Elçin adlı oğlanla tanış olub.
Daha sonra o yaşadığı evdə əri Alimlə mübahisə edərək Elçinin yanına, yəni Xırdalan şəhərinə gedib.
Alim Aynura məxsus mobil telefonda onun Elçinlə yazışmasını görüb.
Alim bundan hiddətlənərək həyat yoldaşını bıçaqlayıb.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
Rəylər