İçərisində pul və qızıl əşya olan seyfi oğurlamış Ağcabədi sakini tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Rabil Məmmədovun evindən içərisində 10000 manat və 10000 ABŞ dolları, habelə qızıl əşya olan seyfi oğurlamış həmyerlisi Samir Məhərrəmov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
E.Ə.
www.oxu.az