Fevralın 2-də Ağcabədi rayonunda oğul atasından polisə şikayət edib.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, rayonun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov rayonun polis şöbəsinə müraciət edərək, fevralın 1-də onun həyətinə gəlmiş atası Əlifin sərxoş vəziyyətdə tüfəngdən havaya atəş açdığını bildirib.
Polis əməkdaşları hadisə yerindən 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngini götürüblər.
Polisə ifadə verən ata bildirib ki, yaxınlıqdakı meşə zolağında heyvanları qorxutmaq üçün atəş açıb və oğlu ilə heç bir münaqişəsi yoxdur.