Azərbaycanda 60 yaşlı qadın gəlinini bıçaqlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Ağcabədi rayonunda qeydə alınıb.
1954-cü il təvəllüdlü Tutu Musayeva qısqanclıq zəminində gəlini 24 yaşlı Aysel Musayevaya bıçaq xəsarətləri yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hadisəni törədən qayınana polis tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.