Aprelin 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın bildirdiyinə görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-12 gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın əksər rayonlarında hava şəraitinin yağmursuz olacağı, lakin səhər və axşam bəzi dağlıq rayonlarda yağış yağacağı, şişmək çaxacağı gözlənilir. Səhər ayrı-yarı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 11-16 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində mülayim yaz havası və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi normal meteohəssas üçün əsasən əlverişlidir.