Ağdaşda bir nəfər su kanalında batıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ağdaş rayonunun Dəhnəxəlil kəndində bir nəfərin su kanalında batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin