Ağstafada itkin düşən qadın tapılıb.
Oxu.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Nərgiz Heydərovanın yeri Gəncə şəhərində müəyyən edilib.
N.Heydərova izahatında yaşadığı evi öz iradəsi ilə tərk etdiyini və geri dönmək istəmədiyini bildirib.
Ağstafada itkin düşən qadın tapılıb

Əli Məmmədov