Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağstafada yeniyetməni bıçaqlayan şəxsin kimliyi məlum oldu
Ağstafa Rayon Polis Şöbəsinə rayonun Sadıqlı kənd sakini A.Paşşanovun kəsici alətlə kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində hadisəni 2008-ci il təvəllüdlü E.İbrahimlinin törətməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 2009-cü il təvəllüdlü A.Paşşanov bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.