Ağstafa rayonunda yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Poylu kəndində qeydə alınıb.
Avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.