Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağsuda 31 yaşlı şəxs bıçaqlanıb
Ağsuda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı rayonun Hacıqədirli kənd sakini 1994-cü il təvəllüdlü Fariz Ağabala oğlu Bəyalıyev həmkəndlisi, 1996-cı il təvəllüdlü Amil Bədəlov tərəfindən bıçaqlanıb.
Xəsarət alan şəxs kəsilmiş-deşilmiş bədən xəsarəti ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar
Ən çox oxunanlar