Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağsuda təqaüd düzəltmək adı ilə vətəndaşları aldadan şəxs ƏLƏ KEÇDİ
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 40 yaşlı Cəmil Atakişiyev saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, C.Atakişiyev ayrı-ayrı vətəndaşları təqaüd təyin etdirmək və işə düzəltmək kimi yalan vədlərlə aldadaraq onların xeyli miqdarda maddi vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
C.Atakişiyevin qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.
Samir İsayev
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Kiberdələduzluğun son zamanlar yayılan fərqli növü
- 238 minə aldığı gözəllik cihazları başına bəla oldu
- Vəkillikdən uzaqlaşdırılan Aşurovaya elektron qolbaq taxıldı
- Bakıda bir milyon manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU
- Zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi