Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsraildə terror aktının qarşısı alınıb: 100 kiloqramlıq bomba neytrallaşdırılıb
İsrailin kəşfiyyat xidmətləri İordan çayının qərb sahilində 100 kiloqramlıq bombadan istifadə edilməklə törədiləcək terror aktının qarşısını alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ynet" xəbər portalı İsrailin Ümumi Təhlükəsizlik Xidmətinə (ŞABAK) istinadən məlumat verib.
ŞABAK və təhlükəsizlik qüvvələri keçən ay Cenin yaxınlığındakı Kabatiya yaşayış məntəqəsi ərazisində terror qruplaşmasını zərərsizləşdirib. Qruplaşmanın böyük terror aktları törətməyi planlaşdıran üzvləri həbs edilib.
Xəbər portalının qeyd etdiyinə görə, döyüşçülər 100 kiloqramlıq güclü partlayıcı qurğu əldə ediblər və ondan İsrail Müdafiə Qüvvələrinə (SAXAL- IDF) qarşı istifadə etmək niyyətində olublar.
"İsrail Müdafiə Ordusu (SAXAL)" teqi üzrə xəbərlər
- İsrail Ordusu Qəzzanın cənubunda quru əməliyyatlarını genişləndirir
- İsrail ordusu özünü jurnalist kimi qələmə verən HƏMAS döyüşçüsünü məhv etdi
- İsrail HƏMAS siyasi büro üzvünün öldürüldüyünü təsdiqləyib
- Qəzza zolağında gərginlik: Ölənlərin sayı 400 nəfəri keçdi, 500-dən çox yaralı var
- İsrail Qəzzada atəşkəsdən imtina etdiyini açıqladı