İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza anklavının cənubunda yerləşən "Nasir" tibb mərkəzi yaxınlığında həyata keçirilən hücum nəticəsində HƏMAS radikal qruplaşmasının "Xan-Yunis" briqadası komandirinin zərərsizləşdirildiyini bəyan edib.
Bu barədə Oxu.Az hərbi qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
"Cümə axşamına keçən gecə icra edilən dəqiq zərbə nəticəsində İsrail ordusu "Nasir" xəstəxanasında gizlənən HƏMAS-ın "Xan-Yunis" briqadası rəhbəri Məhəmməd Əbu İsmaillə yanaşı, digər terrorçuları da məhv edib", - deyə ordunun mətbuat xidmətindən bildirilib.
Verilən açıqlamaya əsasən, öldürülən komandir çox sayda girovun əsirlikdə saxlanılması prosesində birbaşa iştirak edib.