Moskva ətrafında qarətçilər qrupu tutulub.
Oxu.Az Rusiya KİV-nə istinadən bildirir ki, əslən Azərbaycandan olan iki nəfər yanacaqdoldurma məntəqələrinin operatorlarını qarət etməkdə günahlandırılırlar.
Onları Moskvaətrafı Cernaya Qryaz kəndində, yanacaqdoldurma məntəqəsini soyduqdan sonra “isti iz”lə tutmaq mümkün olub. Demə, qarətçilərin məntəqənin işçilərini hədələdikləri tapança sadəcə alışqan imiş.
Saxlanılan şəxslərin 5 yanacaqdoldurma məntəqəsinin qarətində təqsirli olduqları sübut olunub. Maddi zərər isə 200 min rubl olub. “Qarət” maddəsi ilə cinayət işi açılıb.
Saxlanılan şəxslər 7 il müddətinə azadlıqdan məhrum edilə bilərlər. Hal-hazırda polis bu qrupun cinayətkar fəaliyyətindən zərərçəkənlərin müəyyən edilməsi ilə məşğuldur.