Şabran rayonunun Mollakamallı kəndində 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimovanın bıçaqlanmasının bəzi təfərrüatı məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, Sədaqət Kərimova bıçaqla özünə qəsd etmək istəyib. Hadisə zamanı ona müdaxilə etmək istəyən anası, Səadət Kərimova və qızı bıçaq yaraları alıblar.
Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir.
Yerli sakinlərin verdiyi məlumata görə, Sədaqət Kərimova ailəsindən boşanıb və psixoloji problemləri var.
12:36
Şabran rayonunun Mollakamallı kəndində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, rayon sakinləri 1967-ci il təvəllüdlü Səadət Nurməmməd qızı Kərimova və onun qızı 1992-ci il təvəllüdlü Sədaqət Hüseynalı qızı Kərimova bıçaqlanıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.