Vətəndaşa qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az "Unikal" istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. Daha sonra hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə irəli sürülmüş 126.2.4-cü maddəsi 126.1-ci maddəsinə tövsif edilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Qeyd edək ki, 2025-ci ildə Binəqədi rayonu, Çiçək qəsəbə sakini 1999-cu il təvəllüdlü Rüfət İbrahimova şəxsi münasibətlər zəminində kəsici-deşici alətlə xəsarət yetirib.
Aqil Şərifov maşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilib.