Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Arvadı və qızlarına şiddət göstərən şəxs bir müddət əvvəl qayınatasını da xəstəxanalıq edib - İDDİA
Bakıda kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə məsələnin daha bir təfərrüatı məlum olub.
Bizim.media-nın əldə etdiyi məlumata görə, azyaşlı qızını döyən Elnur Məmmədovun əmisi öz yoldaşını 20 il öncə küçənin ortasında amansızcasına qətlə yetirib.
Həmçinin, qətli törədənin psixoloji problemləri olduğu üçün bir müddət psixiatriya xəstəxanalarından birində müalicə olunub çıxdığı və daha sonra öldüyü iddia edilir.
Hətta Elnur Məmmədovun bir neçə gün əvvəl qardaşları ilə birgə öz qayınatası Böyükağa Əzizağa oğlu Əliyevi döyərək xəstəxanalıq etdiyi, döyülən şəxsin isə hazırda reanimasiyada müalicə aldığı da deyilir.
Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.
Rəylər