Yevlaxda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Tanrıqulular kəndində baş verib.
Kənd sakinlərinin iddiasına görə, arvadını öldürüb intihara cəhd edən şəxsin son vaxtlar psixoloji problemləri yaranıb.
Baş Prokurorluqdan verilən məlumata görə, Tanrıqulular kənd sakini 60 yaşlı Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 63 yaşlı Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
İntihara cəhd edən kişi xəstəxanaya yerləşdirilib.
Fakta görə cinayət işi başlanıb.
Ətraflı süjetdə:
11:40
Yevlax rayonunda kişi həyat yoldaşını ürəyindən bıçaqlayaraq qətlə yetirib, daha sonra özünə odlu silahdan atəş açaraq intihara cəhd edib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Tanrıqulular kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 1963-cü il təvəllüdlü Zinyət Əyyub qızı Zamanova iki bıçaq xəsarəti ilə qətlə yetirilib. Bıçaq zərbələrindən biri onun ürək nahiyəsinə dəyib.
İntihara cəhd edən kişi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.