Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU
Özündən 14 yaş kiçik həyat yoldaşını balta ilə qətlə yetirən 54 yaşlı kişinin məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddəsi ilə təqsirləndirilən Teymur Ocaqverdiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində məlum olub ki, ötən ilin iyun ayında 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev Daşkəsən rayonunun Əmirvar kəndində özündən 14 yaş kiçik arvadı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirib.
Mərhumun qardaşı Namiq Məsimov məhkəmədə verdiyi ifadəsində bildirib ki, onların arasında son zamanlar mübahisələr çox olub. Sonuncu davaları isə mayın 14-də (2024-cü il) yaranıb. Belə ki, həmin gün Teymur həyat yoldaşını qonşu kişi ilə yaxın münasibətdə olan zaman tutub.
Hətta qətli törədən Teymur Ocaqverdiyev bu tarixi yaddaqalan etmək üçün evin divarına yazıb.
Qonşuların sözlərinə görə, T.Ocaqverdiyevin heyvanları qonşunun həyətinə keçib, qonşu isə narazılıq edərək heyvanların onun həyətyanı sahəsini dağıtdığını bildirib. Elə ərlə-arvad arasındakı mübahisə isə bundan sonra gərginləşib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur bildirib ki, bir gün evə gələn zaman qonşusu Elvini evində arvadı ilə tutub, bundan sonra Elvin onun ayaqlarına düşərək yalvarıb, onlar digər otağa keçib söhbət edən zaman Elvin birdən cibindən çıxartdığı bıçağı onun boğazına dirəyib, sonra isə evdən uzaqlaşıb. Bundan bir müddət sonra Teymur arvadından qisas almaq məqsədilə həyətdən gətirdiyi balta ilə arvadını amansızcasına qətlə yetirib və özü DİN-nin "102" qaynar xəttinə zəng edərək törətdiyi cinayətini etiraf edib.
Qeyd edək ki, ailənin iki oğul övladı olub, hadisə zamanı onlar evdə olmayıblar. Onlardan biri əsgərlikdən yeni gəlibmiş.
Faktla bağlı ilkin olaraq Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və Teymur Ocaqverdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- DİN rəsmisi ÇAĞIRIŞ ETDİ: "Yüksək sürət avtomobili deyil, insan həyatını idarə edir!"
- Şagirdi döydüyü iddia edilən müəllim: "Vəziyyəti izah etmək üçün heç kəsi tapa bilmədim"
- İki qurumdan hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
- Polis Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi saxladı
- İrandan Azərbaycana səkkiz kiloqram narkotik keçirilməsinin qarşısı alınıb