Astarada qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, avqustun 17-də Astara rayonunun Suparibağ kəndi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2004-cü il təvəllüdlü Vüsal Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı, 1959-cu il təvəllüdlü İskəndər Məmmədova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Vüsal Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Astara rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Suparibağ kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü İsgəndər Məmmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Vüsal Əvəz oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar nəticəsində məlum olub ki, V.Əliyev qonşusu İ.Məmmədovu üç bıçaq zərbəsi ilə qətlə yetirib. Sonuncu zərbə zamanı bıçaq sınaraq mərhumun bədənində qalıb.
İ.Məmmədovun yaxınlarının sözlərinə görə, qarşı tərəflə indiyə qədər bir ədavətləri olmayıb. Aralarında motosiklet detalı üstündə söz-söhbət olduğunu deyirlər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Astara rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 17-də saat 20 radələrində Astara rayonunun Suparibağ kəndinin ərazisində baş verib.
Kənd sakini, 1959-cu il təvəllüdlü İsgəndər Şıxəli oğlu Məmmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Vüsal Əvəz oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Samir Əli