Astara rayonunda qadının əri tərəfindən döyülməsi ilə bağlı yeni təfərrüat məlum olub.
Zərərçəkənin anası Arzu İbrahimova bildirib ki, qızı ona səsli mesaj göndərərək, gəlib onu aparmasını istəyib:
"Qızım 18 yaşında ailə qurub, artıq beş ildir ailəlidir. İki qız övladı var. Boşanmaq istəmir, qısqancdır. Hamımızı ona qurban verib".
Zərərçəkənin əmisi Ravid Cəfərzadə isə qeyd edib ki, ailədə artıq iki ildir söz-söhbət yaşanır.
Ətraflı Baku TV-nin süjetində:
Astara rayonunda qadın əri tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, Astarada 2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Cəfərli vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
Qohumlarının verdiyi məlumata görə, Nərmin həyat yoldaşı Mirəhməd Ağayev tərəfindən amansızlıqla döyülüb.
Hazırda N.Cəfərlinin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.