Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Astaraya PUA ilə narkotik keçirən şəxs saxlanılıb
Astara rayonu ərazisində qaçaqmalçılıq yolu ilə ölkəyə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 10 kiloqram marixuana çay kənarında aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, PUA ilə yerə qoyularaq lokasiyası ötürülən şübhəli bağlamaları həmin yerdən götürməyə gələn, əvvəllər məhkum olunmuş 37 yaşlı Cavid Həsənov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Müəyyən edilib ki, narkotik vasitəni başqa-başqa ünvanlara çatdırılmasına məsul olan şübhəli şəxsin istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşması olub.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Daha bir narkotacir ifşa olundu - Mənzilində alver edirdi
- Yevlaxda qəbiristanlıqda baş verən qətl: Xaricdə gizlənən qatillərdən biri ağır cəza aldı
- Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
- DİN-dən silsilə əməliyyatlar: 75 kq narkotik dövriyyədən çıxarılıb
- Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu