Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ata "namusunu təmizləmək" üçün qızını öldürmək İSTƏDİ - TƏFƏRRÜAT
Bakının Qaradağ rayonu ərazisində qızını öldürməyə cəhd etməkdə ittiham olunan 1958-ci il təvəllüdlü Rəfail Cavadovun məhkəməsi başa çatıb.
Oxu.Az Demokrat.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəfail Cavadov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
İttihama görə, hadisə 9 fevral 2024-cü ildə baş verib. Həmin gün saat 21 radələrində tanışı Rəfaili söhbət etmək üçün binanın dəhlizinə çağırıb. Ona qızı Rənanın əxlaqsız həyat tərzi keçirdiyini söyləyib.
Rəfail "namusunu təmizləmək" üçün qisas niyyətilə qızını öldürmək qərarına gəlib. Mənzilə daxil olaraq mətbəx otağından bıçağı götürüb, dəhlizdə dayanmış Rənaya yaxınlaşıb. Ona anasının gözü qarşısında çoxsaylı bıçaq zərbələri vurub. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində Rənanın həyatını xilas etmək mümkün olub.
Rəfailin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Kişi "Telegram"da tanış olduğu özündən 9 yaş böyük qadına dəhşət yaşatdı
- Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub
- Səhiyyə Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxslərinin ev dustaqlığına buraxılması istənilib
- Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxsi: "Çantamdan çıxan 30 min manat oğlumun idi"
- Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Rəylər