Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarış İdarəsi və Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 119-cu (adam öldürməyə cəhd) maddələri ilə axtarışda olan İlqar Məhərrəmov tutulub.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az