Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Azərbaycan Dəmir Yolları"nın maşinisti 3619 manatlıq yanacaq satıb
Gəncə Şəhər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Qismət Əmirovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elxan Əlizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Əmirov, dörd min manat miqdarında cərimə cəzasına məhkum edilib.
İttihama görə, Q.Əmirov "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib. O, Ağstafa-Qazax-Ağstafa, Gəncə-Böyük Kəsik-Gəncə istiqamətləri üzrə 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayınadək olan dövrdə lokomotivlərin hərəkətinin təmin edilməsi üçün QSC tərəfindən ayrılmış yanacaq və yağı, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə talayıb. Qismət bu məqsədlə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd etməklə nəzərdə tutulmuş yanacaq və yağı təminat məntəqəsindən götürərək Gəncə şəhəri və Ağstafa rayonu ərazisində müxtəlif şəxslərə satıb.
O, bu yolla 3619 manat pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talayıb.
"Vəzifə səlahiyyətlərindən sui-istifadə" teqi üzrə xəbərlər
- Probasiya şöbəsinin keçmiş rəisi və eks-icra məmuruna hökm oxundu
- Perinatal Mərkəzdə körpələrin ölümü ilə bağlı şahidlər məhkəməyə məcburi gətiriləcəklər
- "QHT işi" üzrə daha bir nəfər barəsində həbs qərarı çıxarılıb
- 100 milyon manata yaxın pul vəsaitini ölkəyə qaytarmayan şəxslər HƏBS OLUNDULAR
- Respublika Endokrinoloji Mərkəzin daha iki həkimi istintaqa cəlb edildi