Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan gömrükçüləri qanunsuz siqaretlər aşkar etdilər
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) qaçaqmalçılıq hallarının qarşısını alıb.
DGK-nın Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarından daxil olmuş məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Musayev Azad Dursun oğlunun idarə etdiyi “Mercedes-Benz C457” markalı, 10-JV-643 dövlət nömrə nişanlı sərnişin avtobusu Tovuz şəhər avtovağzalı ərazisində saxlanılıb.
Nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük baxışı həyata keçirilib, avtomobilin yük yerindən 9 ədəd müxtəlif ölçülü karton qutulardan üzərində Azərbaycanın aksiz markası olmayan xaricdə istehsal olunmuş, ümumilikdə 7 adda 8190 qutu siqaretlər aşkar edilərək götürülüb.
Faktlar üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
E.Ə.
www.oxu.az
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı ARTIRILIB
- Xarici ticarətdə müsbət saldo 3.7 dəfə azalıb
- Yük avtomobilindən kahı formasında aparılan narkotik aşkarlandı
- İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
- Gömrük Hospitalının həkimləri: "İki ildir, maaşımız karta yüklənəndən sonra əlimizdən alınır"