Azərbaycan daha bir nigerli haker 34 yaşlı Abdul Hafiz Kolavini İnterpol xətti ilə axtarışa verib.
Oxu.Az İnterpolun saytına istinadla xəbər verir ki, Kolavi kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir.
Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib.