Maliyyə Nazirliyinin gəlir xidmətinin əməkdaşları, “Sarpi” keçid məntəqəsində Türkiyədən Gürcüstana keçən Azərbaycan vətəndaşı Z.X.-da deklarasiya edilməmiş 4 min 293 lari dəyərində olan (1,8 min dollara yaxın) qızıl əşyaları aşkar ediblər.
Müsadirə edilən qızıl kulon, bilərzik, boyunbağı və sırğaların ümumi çəkisi 79,11 qramdan ibarət olub, Oxu.Az Sputnik-ə istinadən xəbər verir.
“Göstərilən əşyaların bir hissəsini Azərbaycan vətəndaşı polietilen torbaya bükərək bədəninə bərkidib, qalan hissəsi isə əl çantasında olub”, - idarənin mətbuat xidməti bildirib.
Vergi Məcəlləsinin 289-cu maddəsinin 10-cu bəndinə əsasən deklarasiya edilməmiş malın dəyərinə bərabər məbləğdə cərimə edilməlidir.