Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan Ordusu ilə bağlı “TikTok”da yalan məlumatlar yayan şəxs həbs edildi - YENİLƏNİB
Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbir görülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs - 1998-ci il təvəllüdlü Pərviz Vüqar oğlu İbrahimlinin barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
13:46
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, davam etdirilən tədbirlərlə “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs - 1998-ci il təvəllüdlü Pərviz Vüqar oğlu İbrahimli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
"Abşeron" teqi üzrə xəbərlər
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xırdalanda 74 yaşlı qadın özünü spirtlə yandırdı
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi
Rəylər