Ukraynanın Vinnitsa əyalətindən Azərbaycana göndərilən 20 ton ət məhsulu itib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Azərbaycana göndərilməsi nəzərdə tutulan 70 min dollar dəyərində olan məhsul Ukraynada gömrüyə gedən yolda yoxa çıxıb.
Yükün itməsi ilə bağlı hüquq mühafizə orqanlarına, o cümlədən Ukrayna Daxili İşlər orqanlarına, Təhlükəsizlik xidmətinə, Ali Radanın deputatlarına müraciət olunub.
Qeyd edək ki, indiyədək Azərbaycanın ayrı-ayrı şirkətlərinə məxsus yüklərlə dolu 10 yük maşını Ukrayna ərazisində oğurlanıb.
A.M.