Azərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 47 yaşlı Yıldırım Çağlı vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin