Azərbaycanda İran vətəndaşı külli miqdarda narkotik satmağa cəhd edib.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı Tizfəhim Fətullah Amankənd kəndində 5 kiloqram 190 qram tiryəki 15000 ABŞ dollarına satarkən tutulub.