Azərbaycanda 23 kiloqram narkotiki satan İran vətəndaşı tutulub.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daxili işlər orqanları əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Noyabrın 25-də daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Famil Şiri İsəqəli oğlu 23 kiloqram 360 qram tiryəki satarkən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.