Noyabrın 27-də SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Bakıda “Koreya Kinosu Festivalı- 2014”-ün rəsmi açılış mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, festivalın rəsmi təşkilatçısı 2004-cü ildən fəaliyyət göstərən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyidir. Assosiasiyanın əsas məqsədi, Azərbaycan və Koreya arasında mədəni, elmi, tibbi, xeyriyyə, təhsil və başqa layihələrin reallaşdırılmasıdır.
Festivalın açılışında SEBA Assosiasiyası İctimayi Birliyin rəsmi üzvləri, Koreya səfirliyinin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.
Üç gün davam edəcək Koreya Kino Festivalının filmləri Nizami Kino Mərkəzinin II zalında nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir.

Aytən Sadıqzadə