Fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan Bakı şəhər sakini Kənan Muxtarovun yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istintaq zamanı K.Muxtarov “Azərbaycan Lizinq Şirkəti” MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsində ittiham olunur.
O, ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə cəmiyyətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.