Bu gün “Azadlıq” qəzetində Səhiyyə Nazirliyinin İnnovasiya və Tibbi Təchizat anbarından qurumun balansında olan 195 (195 000 qram) kiloqram ilan zəhəri oğurlanması ilə bağlı xəbər yayılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatı verən şəxsin bildirdiyinə görə, qara bazarda ilan zəhərinin 1 qramı 5 000 manatdır. Bu isə o deməkdir ki, İnnovasiya və Tibbi Təchizat anbarından oğurlanan ilan zəhərinin ümumi dəyəri 975 milyon manatdı.
Məsələ ilə bağlı Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlama verib.
O bildirib ki, ilan zəhəri ehtiyatı Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun tərkibində saxlanılır:
“Anbar bizim tabeçiliyimizdə deyil. Belə bir oğurluq hadisəsinin olub-olmamasından xəbərimiz yoxdur”.