Bu gün Biləsuvar rayonu Bağbanlar kəndində dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumat Biləsuvardan daxil olub.
Məlumata əsasən, təxminən iki saat əvvəl kənd sakini Tofəddin Hacıyev ailə münaqişəsi zəminində öz qızının başını kəsərək qətlə yetirib.
Qurban bayramı ərəfəsində ata boşanmış qızının həmkəndliləri olan bir oğlanla münasibətindən xəbər tutur. Oğlanı qızın yanında tutaraq möhkəm döyür və onu başından ağır yaralayır. Yaralı oğlan Bakıda xəstəxanaya yerləşdirilib və hazırda müalicə alır. Bakıda işləyən Tofiəddin dünən kəndə qayıdaraq bu hadisəyə görə qızının da başını kəsir.
Qeyd edək ki, qətlə yetirilən Aidə Hacıyevanın 26 yaşı var və bir uşaq anası olub. Tofəddin Hacıyev artıq saxlanılıb.
Hazırda Rayon polis şöbəsinin əməkdaşları hadisə yerində əməliyyata başlayıb.