Goranboy şəhərində qətl hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Nicat Həsənov qayınatasının yaşadığı evdə arvadı Günay Quliyevaya bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən G.Quliyeva orada ölüb. Qətlin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilir.
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Həsənov tutulub.