Prezident İlham Əliyev bu gün Neftçala rayonuna səfərə gedib.
Oxu.Az Azərbaycan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı mərhum prezident Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.