Horadizdə dəmir yolu stansiyası ərazisində silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Horadiz dəmir yolu stansiyası ərazisindən iki ədəd qumbara, bir ədəd qumbaraatan mərmisi, bir ədəd “AK-74” markalı avtomat silahı, 1 496 müxtəlif çaplı patron, bir ədəd “R-392” markalı radiostansiya, iki ədəd qumbara alışdırıcısı və üç ədəd patron darağı tapılıb.