Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda əcnəbi futbolçu qarət edildi
Bakıda “Zirə” komandasının afrikalı futbolçusu soyulub. Hadisə Bakının Səbail rayonunda baş verib. Afrikalı futbolçunu dilənçilər qarət edib.
Bu barədə Oxu.Az Səbail rayonu Polis İdarəsinə istinadən xəbər yayır.
Məlum olub ki, 37 yaşlı paytaxt sakini Məmməd Hüseynov polisə müraciət edib.
O bildirib ki, dekabrın 17-də saat 16:50-də Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvaneyə yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı cibindən 500 dollar və 15 AZN pul oğurlandığını aşkar edib.
Bununla əlaqədar 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.
Qeyd edək ki, əcnəbi futbolçu “Zirə” futbol klubunda 23 nömrə altında çıxış edən hücumçudur.
Ramella İbrahimxəlilova
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər