Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Oğlunun gətirdiyi qadını gəlin kimi qəbul etməyən qayınana BALTALANDI - Hadisə yerindən GÖRÜNTÜLƏR
Daşkəsəndə gəlinin qayınasını baltalama hadisəsinin növbəti detalları üzə çıxıb.
APA TV xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.
Bildirilib ki, Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin xəsarət almış qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadıdır.
Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.
Məlumata görə, qayınana və gəlin arasında tez-tez mübahisələr olurmuş.
Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə mayın sonlarında gəlib.
Daha əraflı süjetdə:
Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərrüatı məlum olub.
APA-nın məlumatına görə, hadisəyə səbəb xəsarət alan 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanovun Səidəni həyat yoldaşı kimi evə gətirməsi olub. Bundan sonrada qaynana ilə gəlin arasında mübahisə baş verib.
Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb.
Qeyd edək ki, zərərçəkən T. Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var.
Faktla bağlı müvafiq araşdırmalara başlanıb.
Daşkəsəndə qadın baltalanıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun ucqar kəndlərindən birində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlin qaçıb.
Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Rəylər