Azərbaycan gömrükçüləri İran vətəndaşını saxlayıb.
Oxu.Az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Nourı Manafızadeh Saeıd Ahad oğlunun üzərində şəxsi yoxlama zamanı ondan 4 ədəd bükümdə, ümumi xalis çəkisi 218,434 qram olan narkotik vasitə - tiryək aşkar olunub.