Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda qadın sahibkar yarım milyonluq mənimsəmədə ittiham edilir
Azərbaycanda tanınmış qadın sahibkar yarım milyonluq mənimsəmədə ittiham edilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iddiaya əsasən, Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızı işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəyib.
İttihama görə, o, bu ilin yanvar-mart ayları ərzində şirkətdə anbardar işləyərkən şirkətə məxsus gübrələri sataraq pulunu şəxsi istifadəsi üçün götürüb.
Artıq şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və şikayət üzrə araşdırma aparılır.
Qeyd edək ki, A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Rəylər