Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda vəzifəli şəxsi qorxudub bir milyon manat tələb etdilər
Nazirlər Kabinetinin işçisi Hikmət Xəlilovdan külli miqdarda pul tələb olunub.
APA xəbər verir ki, Vahid Əlisəfa oğlu Xələfov Hikmət Xəlilovdan xüsusi külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb.
Vahid Xələfov barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
İş üzrə zərərçəkən şəxs qismində tanınan Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiridir. Cinayət işi üzrə tələb olunan pulun bir milyon manatdan çox olduğu bildirilir.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərar verib
- Masaj salonunda işləyən qadınlar əxlaqsızlıqla məşğul oldular - MƏHKƏMƏ
- Narkotik satışında ittiham edilən tiktokerə hökm oxunub
- Sərxoş halda qəza törədib bir nəfərin ölümünə səbəb olan həkimin cəzası azaldıldı
- Mağazanın qarşısında ona irad bildirən şəxsi bıçaqladı
Rəylər