Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda xidmət rəisini döydülər
Qusarda xəstəxananın mühafizəçisi döyülüb.
"Report"un Şimal bürosunun məlumatına görə, Qusar Rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi, 1991-ci il təvəllüdlü Ruslan Kübərov iş vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb.
Yerli sakinlərin sözlərinə görə, R.Kübərov özünə məxsus kafedə müştərilərlə mübahisə edib. Mübahisə daha sonra xəstəxanada da davam edib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova "Report"un yerli bürosunun sorğusuna açıqlamasında faktı təsdiqləyib, yaralının xəstəxana şəraitində müalicə aldığını bildirib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
"Qusar" teqi üzrə xəbərlər
- Qusarda İŞİD bayrağı ilə gəzən və polis tərəfindən məhv edilən şəxsin FOTOLARI
- Qusarda yeddi yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulub
- Azərbaycanda polisə silahlı müqavimət göstərən şəxs MƏHV EDİLDİ
- Güclü qar Qusarda qəzaya səbəb oldu
- Bütün işlərini günəş panelindən istifadə edərək görən fermer