Sumqayıt Apelyasiya Məhkəməsi qanunsuz silah saxladığına görə 3 il müddətinə azadlıqdan məhrum edilən, sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin şikayətini qəbul etməyib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Quliyev avqust ayının 8-də Novxanı qəsəbəsində həbs edilib. Quliyevin bağ evində avtomat və əl qumbarası, şəxsi avtomobilində isə tapança tapılıb.
Nicat Quliyev 1993-95-ci illərdə XİƏN-in rəhbəri idi. 90-cı illərin sonundan 2000-ci illərin ortasına qədər Acariya prezidenti Aslan Abaşidzenin müşaviri olub. Abaşidzenin istefasından sonra Quliyev Azərbaycanda və Türkiyədə biznes ilə məşğul olub.
2005-ci ilin oktyabr ayında Nicat Quliyev digər yüksək vəzifəli şəxslərlə bərabər dövlət çevrilişində ittiham edilərək həbs edilib, amma iki həftə sonra azadlığa buraxılıb.