Metronun “Elmlər Akademiyası” stansiyasında təmirə bağlanan eskalatoru qış rejiminə keçənə qədər istifadəyə verməyi planlaşdırırıq.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, artıq yeni dərs mövsümü başlayanda hər üç eskalator işlək vəziyyətdə olacaq:
“Bakı Dövlət Universitetinə çəkilən stansiyanın ikinci çıxışının açılışı isə bu ilin sonuna planlaşdırılır”.
Qeyd edək ki, “Elmlər Akademiyası”ndan Bakı Dövlət Universitetinə doğru ikinci çıxışın çəkilişinə 2011-ci ilin yayından başlanılıb.