Moskvanın cənubunda içkili azərbaycanlı bıçaqla Çexov sakininə hücum çəkib.
Oxu.Az “Komsomolskaya pravda” qəzetinə istinadən xəbər verir ki, Naqatinsk rayonu üzrə polis şöbəsinin əməkdaşları insidentin ötən cümə günü təxminən saat 22:30 radələrində, Andropov prospektində yerləşən evdə baş verdiyini bildiriblər.
İçkili vəziyyətdə olan 42 yaşlı azərbaycanlı xuliqanlıq məqsədilə 20 yaşlı Çexov sakininin sol gözünə bıçaq soxub və hadisə yerindən qaçaraq gizlənib.
Cinayətkar “isti izlərlə” saxlanılıb. Sol gözü dağılmış, qaşı və kirpikləri zədələnmiş gənc “təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb.
Məlum olub ki, işsiz Bəhram Çertanovski küçəsində 21 saylı evin 109-cu mənzilində kirayə qalırmış.
İndi polis əməkdaşları onun paytaxtda nə ilə məşğul olmasını və mənzili kimdən kirayəyə götürməsini araşdırırlar.